Van Persi “İnter”ə məğlubiyyətdən danışdı

“Feyenoord”un baş məşqçisi Robin van Persi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununun nəticəsini şərh edib.

Qarşılaşma dünən baş tutub və Milan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ilk hissənin yaxşı keçdiyini deyib:

“Yaxşı başladıq, ilk hissə yaxşı keçdi, amma real şans yaratmasaq da, onlara böyük təzyiq göstərdik. Təəssüf ki, ilk fürsətdə qol buraxdıq. Rəqib ikinci hissədə çox erkən fərqləndi və bu, bizim nəticə qazanmaq şanslarımızı aşağı saldı”.

“İnter” – “Feyenoord” cavab matçı martın 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button