ÇL: “Yarımfinalda yalnız elit rəqiblər qalacaq”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının yarımfinalındakı mümkün rəqibləri – “İnter” və “Bayern” haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu hər iki komandanın yüksək səviyyədə oynadığını bildirib:

“İnter”, yoxsa “Bayern”? Bilmirəm. Oyunun səhərisi gün nəticəyə baxıb kimin irəlilədiyini öyrənəcəm. Hər iki komanda yüksək səviyyədə oynayır. Yarımfinalda yalnız elit rəqiblər qalacaq. Kiminlə oynasaq da, çətin sınaq olacaq”.

“İnter” bu gün doğma meydanda Münhen komandasını qəbul edəcək. Milanlılar ilk oyunda səfər qələbəni bayram edib – 2:1. Bu qarşılaşmanın qalibi Dortmundda uduzmasına baxmayaraq, ümumi hesabda “Borussiya”nı məğlub edən (5:3) “Barselona” ilə üz-üzə gələcək.

“İnter” – “Bayern” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button