
ÇL: “Yarımfinala yüksəldiyimiz üçün çox qürur duyuruq”
“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern” üzərində qazandıqları qələbədən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Bayern”in iki möhtəşəm oyun keçirdiyini bildirib:
“Bayern” iki möhtəşəm oyun keçirdi, ancaq onlar nəyin bahasına olursa olsun irəliləmək istəyən komandaya qarşı idilər. Bu, belə rəqibi məğlub etməyin yeganə yoludur. Onlar indiyədək dörd dəfə “San Siro”ya gəliblər və 4-də də qalib gediblər. Çempionlar Liqasının yarımfinalına yüksəldiyimiz üçün çox qürur duyuruq”.
“İnter” dünən öz meydanında Münhen komandası ilə heç-heçə edib (2:2). Bu nəticə milanlılara Almaniyada keçirilən ilk oyundakı uğur (2:1) sayəsində yarımfinala yüksəlmək üçün kifayət edib. Komanda növbəti mərhələdə “Barselona” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



