
ÇL: “Yarımfinala çıxmağı hər iki oyunda haqq etdik”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo hesab edir ki, komandası Dortmund “Borussiya”sı ilə keçirilən iki qarşılaşmanın yekununa əsasən UEFA Çempionlar Liqasının yarımfinalına çıxmağı haqq edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu hər iki oyunda bunu haqq etdiklərini bildirib:
“Rəqibin öz stadionunda xüsusi bir atmosferi olur və itirəcəkləri heç nə yox idi. Ötən mövsüm burada bütün rəqiblərinə qarşı üstünlük göstərmişdilər. Bunu bilirdik və çətin olacağını anlayırdıq. Amma sonda yarımfinala yüksəldik və hər iki oyunda bunu haqq etdik”.
Barselonada baş tutan ilk oyunda kataloniyalılar rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Cavab matçında isə “Borussiya” 3:1 hesabı ilə üstün olub.
“Barselona”nın yarımfinaldakı rəqibi bu gün keçiriləcək “İnter” – “Bayern” oyunundan sonra bəlli olacaq. İlk matçda Milan komandası səfərdə 2:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin



