ÇL: “Xüsusi bir şey etmədik”
“İnter”in müdafiəçisi Françesko Açerbi UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la görüşünü (2:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu finala gedən yolda xüsusi bir şey etmədiklərini bildirib:
“Cavab oyununda diqqətli olmalıyıq. Finala doğru kiçik addım atdıq. Xüsusi bir şey etmədik. Bizim bu gün etdiyimizi rəqib növbəti oyunda edə bilər”.
“İnter” – “Milan” cütünün cavab qarşılaşması 16 mayda, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin