ÇL: “Xəstəxanadan qayıdıb həlledici qolu vurduğum üçün şadam”

“İnter” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunun matçında doğma meydanda “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeganə qolu penaltidən vuran türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu komandasının əla iş gördüyünü bildirib:

“Xəstəxanadan qayıdıb həlledici qolu vurduğum üçün şadam. Komandamız əla iş gördü. Bu uğur üçün çox iş görmüşük”.

“İnter”in evdəki qələbə sayəsində hesabında 10 xal var. Simone İnzaqinin komandası ÇL-in turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Topçular” isə 7 xalla 12-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button