
ÇL: “Villa Park”a qələbə üçün gedəcəyik”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin aprelin 15-də keçiriləcək “Aston Villa” ilə cavab oyunu üçün planını açıqlayıb.
Parisdə baş tutan ilk matçda Liqa 1 çempionu birinci qolu buraxsa da, 3:1 hesabı ilə qalib gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Villa Park”a qələbə üçün gedəcəklərini söyləyib:
“Bu gün qalib gəldik, ancaq cavab matçında bu, bizim oyun üslubumuza təsir etməyəcək. Biz “Villa Park”a qələbə üçün gedəcəyik. Üstünlüyü qorumağın ən yaxşı yolu hücum etmək və qalib gəlməyə çalışmaqdır. Başqa cür oynamağı bilmirik. Həmişə hücuma keçəcəyik”.
PSJ – “Aston Villa” qarşılaşmasının qalibi yarımfinalda “Real” – “Arsenal” cütünün qazananı ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



