ÇL: Venger mübahisəli epizod haqda danışdı
Fransalı mütəxəssis Arsen Venger UEFA Çempionlar Liqasının yarımfinalının “Real” – “Mançester Siti” görüşü barədə (1:1) fikir bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”ın keçmiş baş məşqçisi VAR sistemindən söz açıb:
“VAR Bernardo Silvanın topa meydançanın hansı hissəsində toxunduğunu yoxlamalı idi”.
Görüşün 67-ci dəqiqəsində matçın baş hakimi Artur Diaş qonaqların yarımmüdafiəçisi Bernardo Silvanın topu oyunda saxladığını bildirib və matçı dayandırmayıb.
“beIN Sports” 3D texnologiyası vasitəsilə topun meydanı tamamilə keçdiyini və hakimin düzgün qərar qəbul etmədiyini söyləyib.
“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin