
ÇL: Van Dayk final matçını izləməyəcək
“Liverpul”un futbolçusu Vircil van Dayk UEFA Çempionlar Liqasının final matçını izləmək fikrində deyil.
Komanda.az xəbər verir ki, niderlandlı müdafiəçi bu barədə “Ekip” nəşrinə açıqlamasında deyib. Van Dayk oyunu izləməkdən daha vacib işlərinin olduğunu söyləyib:
“Mən tətilimdən zövq almaq istəyirəm”.
Mayın 31-də Çempionlar Liqasının həlledici görüşündə PSJ və “İnter” komandaları üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin