ÇL: “PSJ 1000 faiz qalib gələcək!”

PSJ-nin keçmiş müdafiəçisi və hazırda “Boavişta”da forma geyinən Layvin Kurzava parislilərin UEFA Çempionlar Liqasının finalında “İnter”ə qalib gələcəyinə ümid edir.

Turnirin həlledici qarşılaşması mayın 31-də baş tutacaq və Münhendəki “Alyanz Arena”da keçiriləcək. Kurzava 2015-2024-cü illərdə PSJ-də çıxış edib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-nin qalib gələcəyinə inandığını deyib:

“Ümid edirəm ki, PSJ qalib gələcək. 1000 faiz! Demək olar ki, 10 ili bu klubda keçirdim, onun eniş-yoxuşlarını yaşadım və Parisdəki hər kəsdən rahat bir nəfəs eşitmək istəyirəm. Oyunçuların, heyətin, PSJ-ni sevən və bu klubu qiymətləndirən hər kəsin üzündəki təbəssümü görmək istəyirəm”.

PSJ Çempionlar Liqasının yarımfinalında “Arsenal”ı məğlub edib. “İnter” isə “Barselona”nı mübarizədən kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button