
ÇL: “Ümid edirəm ki, “Liverpul”la oyun bu mövsüm sonuncu olmayacaq”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la cavab oyunu öncəsi danışıb.
İlk oyunda parislilər 0:1 hesabı ilə məğlub olub.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu oyunun Çempionlar Liqasında sonuncu olmayacağına ümid edir:
“Bu, mövsümün ən vacib oyunudur? Mən həmişə ümid edirəm ki, ən vacibi hələ qarşıdadır. Və ümid edirəm ki, “Liverpul”la oyun bu mövsüm Çempionlar Liqasında sonuncu olmayacaq. İndi biz mübarizə aparmalıyıq ki, “Liverpul”la matçdan sonra bu turnirdə hələ oyunlarımız qalsın”.
PSJ Çempionlar Liqasının ümumi mərhələsini turnir cədvəlində 15-ci pillədə başa vurub və pley-off oyunlarına qatılıb. “Liverpul” ümumi sıralamada lider olub və 1/8 finala birbaşa vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



