Flik: “Əlbəttə, mən xoşbəxtəm”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında 1/4 finala yüksəldikdən sonra təəssüratlarını bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı xoşbəxt olduğunu bildirib:

“Əlbəttə, mən xoşbəxtəm. “Benfika” əla oynadı, onların məşqçisi əla iş gördü. Qarşılaşma çətin keçdi, ancaq biz özümüzü göstərdik və bunun öhdəsindən gəldik.

Çempionlar Liqasını qazanmaq? İndi diqqəti 1/4 finala yönəltmək vacibdir. Bu, çox çətin turnirdir, amma ümid edirəm ki, biz onu qazana bilərik”.

Kataloniyalılar 1/8 finalda “Benfika”nı iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib.

“Barselona” 1/4 finalda “Lill” – Dortmund “Borussiya”sı cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button