ÇL: UEFA-dan Ukrayna bayrağı məsələsinə görə açıqlama
UEFA Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının (ÇL) final matçında Ukraynanın dövlət bayrağı ilə bağlı yaranan insidentə görə üzr istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan öncə stadionun əməkdaşlarından birinin azarkeşlərdən Ukrayna bayrağını götürməsi adıçəkilən ölkənin mətbuatı tərəfindən heç də xoş qarşılanmayıb.
UEFA məsələ ilə bağlı açıqlama verib və Ukrayna bayraqlarının nümayişinə qadağa qoymadıqlarını, cərəyan edən hadisəyə görə stadionda işləyən təhlükəsizlik xidmətinin günahkar olduğunu bildirib.
Xatırladaq ki, İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” klubları arasında baş tutan final qarşılaşması “şəhərlilər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Bizi Facebook-da izləyin