
ÇL: “UEFA bu referi ilə bağlı araşdırma aparmalıdır”
“Barselona”nın yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasında “İnter”ə qarşı cavab yarımfinal matçında hakimlikdən narazılığını bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, oyundan sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik polşalı hakim Şimon Marçinyakın idarəçiliyindən narazı qaldığını açıqlayıb. Flikin fikirlərini Pedri də dəstəkləyib:
“Fliklə razıyam. Hakim bütün mübahisəli epizodları “İnter”in xeyrinə şərh etdi. UEFA bu referi ilə bağlı araşdırma aparmalıdır. Bəzi qərarlar sadəcə, başadüşülən deyildi”.
Milan komandası əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin