“Çempionlar Liqası yeni formatda başlayanda ümid edirdik ki, ilk səkkizliyə düşək”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun “Zalsburq”la bu gün keçirəcəkləri oyun, eləcə də komandaların turnir cədvəlindəki mövqeyi barədə danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı çalışdırıcı bütün diqqətini matçda qələbə qazanmağa yönəltdiyini bildirib:

“Turnir yeni formatda başlayanda ümid edirdik ki, ilk səkkizliyə düşək. Çətin olacağını bilirdik və bundan sonra da belə olacaq. Qələbə qazanmağın nə qədər çətin olacağını başa düşürük.

Kimin irəliləyə biləcəyi, kimin gedə bilməyəcəyi barədə çox düşünmürəm. Bütün diqqətimi matçda qələbə qazanmağa yönəltmişəm. Böyük komandalar həmişə çətin vəziyyətlərdən çıxır və mən onların sonda Çempionlar Liqası uğrunda mübarizə aparacaqlarına şübhə etmirəm”.

“Atletiko” Çempionlar Liqasının ümumi turnir cədvəlində 7 oyundan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb. “Zalsburq” isə 3 xalla 34-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button