“Bu mükafatı almaqdan çox qürur duyuram” – Ronaldo

“Real”ın sabiq hücumçusu Kriştiano Ronaldo UEFA-dan mükafat almasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu mükafatı almaqdan çox qürur duyduğunu söyləyib:

“Bu mükafatı almaqdan çox qürur duyuram. Hər kəsə dəstəyə görə təşəkkür etmək istəyirəm. Minnətdaram”.

UEFA 39 yaşlı forvarda Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri mükafatını verib.

Ronaldo Çempionlar Liqasında keçirdiyi 183 oyunda 140 qol vurub. O, 2023-cü ilin yanvarında Avropanı tərk edərək, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button