Çempionlar Liqası tarixində ikinci dəfə

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, turnirin yarımfinal mərhələsində “Bavariya” (Almaniya) “Lion”la (Fransa), PSJ (Fransa) isə “Leyptsiq”lə (Almaniya) qarşılaşacaq. Bununla da, turnirin tarixində ikinci dəfə İngiltərə, İtaliya və İspaniya klublarının yer almadığı yarımfinal mərhələsi baş tutacaq. İlk dəfə belə hal 30 il əvvəl – 1990-1991-ci illər mövsümündə, Çempionlar Kubokunun yarımfinalında baş verib. Həmin vaxt “Spartak” (Moskva, Rusiya), “Marsel” (Fransa), “Bavariya” (Almaniya) və “Srvena Zvezda” (Serbiya) 1/4 final mərhələsindən qalib ayrılmışdı.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button