
“Tənqid mənə heç bir şəkildə təsir etmir” – Donnarumma
PSJ-nin qapıçısı Canluici Donnarumma UEFA Çempionlar Liqasının 2-ci turunda “Arsenal”la uğursuz oyundan (0:2) sonra tənqidlərə cavab verib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, italiyalı futbolçu tənqidin ona heç bir şəkildə təsir etmədiyini bildirib:
“Tənqid mənə heç bir şəkildə təsir etmir, mən işimdən və komandanın oyunundan razıyam. Mövsümün sonuna hələ çox var. Biz Liqa 1-də birinci deyilik. Komandamız irəliləyəcək”.
Donnarumma 2021-ci ilin yayından Paris komandasında çıxış edir. O, cari mövsümdə 6 oyun keçirib, 6 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin