ÇL: Superkompüterin hansı komandanı favorit gördüyü bilindi

UEFA Çempionlar Liqasının finalında PSJ və “İnter” üz-üzə gələcək.

Yarımfinalda İtaliya klubu ümumi hesabda “Barselona”ya (4:3, 3:3), parislilər isə “Arsenal”a (2:1, 1:0) qalib gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüteri PSJ-nin 53,6 faiz ehtimalla turnirin qalibi olacağına inanır. “İnter”in çempion olma ehtimalı isə 46,4 faizdir.

Çempionlar Liqasının final oyunu mayın 31-də Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button