Arteta: “Jirona” layiq olduğu nəticəni əldə etməyib”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun bu gün keçiriləcək oyunu öncəsi “Jirona” haqda danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Jirona”nın Çempionlar Liqasındakı bütün oyunlarına baxdığını deyib:
“Son bir neçə ildə böyük titullara çox yaxın olmuşuq. Növbəti mərhələyə keçməliyik. “Jirona”nın Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam, komandanı, baş məşqçini bəyənirəm. Onlar layiq olduqları nəticəni əldə etməyiblər”.
“Arsenal” Çempionlar Liqasının ümumi mərhələsində 7 oyundan sonra 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Jirona” isə 3 xalla 31-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin