Slot həmyerlisini təriflədi

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Bolonya” ilə oyunda yarımmüdafiəçi Rayan Qravenberxin çıxışını şərh edib.

Mersisaydlılar Aleksis Makallister və Məhəmməd Salahın qolları sayəsində evdə 2:0 hesablı qələbə qazanıblar.

Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında Qravenberxin yenidən inanılmaz olduğunu bildirib:

“Qravenberx yenidən inanılmaz idi. Təzyiq göstərən komandaya qarşı oynayanda, bu, olduqca çətindir. O, öz oyunçusundan uzaqlaşır və komandaya kömək etməyə üstünlük verirdi”.

Niderlandlı futbolçu 2023-cü ilin yayında “Bayern”dən “Liverpul”a keçib. 22 yaşlı yarımmüdafiəçi Arne Slotun rəhbərliyi altında yeni mövsümdə əsas oyunçulardan birinə çevrilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button