
Hakimlərin qərarı Simeoneni qəzəbləndirdi
“Atletiko” “Real”a penaltilər seriyasında məğlub olaraq, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Oyun zamanı komandalar qalibi müəyyən etməyiblər – ümumilikdə hesab 2:2 olub. Oyunsonrası penaltilər seriyasında “Real” daha dəqiq olub (4:2), ancaq hakim qalmaqalı yaşanıb: VAR müdaxiləsindən sonra Xulian Alvaresin qolu ləğv edilib. Argentinalı futbolçu hakimlərin qərarına görə, penalti zərbəsini endirən zaman topa iki dəfə toxunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu epizoda münasibət bildirən “Atletiko”nun baş məşqçisi Dieqo Simeone mətbuat konfransında açıq şəkildə qəzəblənib:
“Bunu görmüsüz? Nə gördüz? O, topa iki dəfə toxundu? Burada kimsə Alvaresin topa iki toxunuşunu görübmü? Varsa, əlinizi qaldırın. Xeyr, mən hələ Alvareslə bu barədə danışmamışam”.
“Real” 1/4 finalda “Arsenal”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin