ÇL: Qol vuran ən yaşlı ukraynalı futbolçu
“Şaxtyor” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Antverpen”ə səfərdə 3:2 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, bu görüş Donetks təmsilçisinin müdafiəçisi Yaroslav Rakitski üçün yaddaqalan olub.
Ukraynalı futbolçu bu matçda Çempionlar Liqasının qrup mərhələsində fərqlənmiş ən yaşlı ukraynalı oyunçu ünvanına sahib çıxıb.
“Antverpen”lə matçda Rakitsi 34 yaş 62 günlüyündə olub. O, 33 yaş 36 günlüyündə fərqlənmiş keçmiş hücumçu Andrey Şevçenkonu qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin