
ÇL: “Şaxtyor” ev oyunlarını Almaniyada keçirəcək
Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasındakı ev oyunlarını Almaniyada keçirəcək.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Donetsk təmsilçisi matçları Hamburqdakı “Volksparkstadion”da oynamağa razılaşıb.
Bu arena 2-ci Bundesliqada mübarizə aparan “Hamburq”a məxsusdur. Stadion sonuncu dəfə 2006-cı ildə qitənin bir nömrəli klub turnirinə ev sahibliyi edib.
“Şaxtyor” ötən mövsüm Çempionlar Liqasındakı qrup oyunlarını Polşanın paytaxtı Varşavada keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin