“Səsim getdi, bu matç çox enerjimi aldı” – “Borussiya”nın baş məşqçisi
“Borussiya”nın baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında PSV üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ilk hissədə bu mövsümün ən yaxşı 30 dəqiqəsini keçirdiklərini bildirib:
“Düşünürəm ki, biz əziyyət hesabına 1/4 finala yüksəlməyə layiq idik. İlk hissədə bu mövsümün bəlkə də, ən yaxşı 30 dəqiqəsini keçirdik. Bu müddətdə birdən çox qol vurmalıydıq. Təəssüf ki, ikinci hissədə belə davam edə bilmədik, amma canfəşanlıqla müdafiə olunduq. Səsim getdi, bu matç çox enerjimi aldı. Amma mən bu gecənin bir hissəsi olduğum üçün çox qürur duyuram”.
Dortmund komandası ümumi hesabda qalib gələrək, 1/4 finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin