ÇL: “Real”la qarşılaşmalarda səhv etmək olmaz”
“Bayern”in idman direktoru Maks Eberl Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la ilk oyunundakı heç-heçəni şərh edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, evdə olduğu kimi səfərdə də oynasalar, qalib gələ biləcəklərini söyləyib:
“İlk oyunda bərabərlik əldə etdik. Evdə olduğu kimi səfərdə də oynasaq, qalib gələ bilərik. Ancaq səhvlərdən qaçmaq lazımdır. “Real” şanslarından maksimum istifadə edir və onlarla qarşılaşmalarda səhv etmək olmaz. İlk oyunda “Bayern” üstün olsa da, səhvlərə yol verdi”.
Komandalar arasındakı ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab qarşılaşması mayın 8-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin