“Real”la “Mançester Siti”dən ilk oyunda heç-heçə

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnirin son qalibi olan “Real” Madriddə “Mançester Siti”ni qəbul edib. “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, bu komandalar ötən mövsümdə də Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlmişdi. Səfərdə 3:4 hesabı ilə uduzan Madrid təmsilçisi evdə qələbə qazanmaqla (3:1) finala çıxmışdı.

Yarımfinalın digər matçında İtaliya təmsilçiləri – “Milan” və “İnter” qarşılaşacaq. Oyun mayın 10-da keçiriləcək.

Komandalar arasında cavab matçı mayın 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun

9 may

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Vinisius Junior, 36 – Kevin de Bruyne, 67.
Baş hakim: Artur Diaş (Portuqaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu

Real: Kurtua, Karvaxal, Alaba, Rüdiger, Kamavinqa, Kroos, Modriç, Valverde, Rodriqo, Benzema, Vinisius.

Mançester Siti: Ederson, Uoker, Akanci, R.Dias, Stounz, Rodri, B.Silva, Gündoğan, De Bruyne, Qriliş, Haland.

.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button