ÇL: “Real” “Mançester Siti” qədər güclü deyil”
“Liverpul”un və “Real”ın keçmiş yarımmüdafiəçisi Stiv Makmanaman hesab edir ki, “Mançester Siti” hazırda “kral klubu”ndan daha güclü komandadır.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Mançester Siti”nin yüksəlişdə olduğunu bildirib:
“Mançester Siti” Çempionlar Liqasının qalibi olacaq. Hazırda onlar yüksəlişdədirlər və bu yaxınlarda İngiltərə Premyer Liqasının zirvəsinə qayıtdılar. İngiltərəlilər evdə qalib gəlsələr, hər şey saat mexanizmi kimi işləyəcək. İki il əvvəl “Real”a 4 qol vurdular, keçən il də eyni şey oldu. Düşünürəm ki, qarşıdakı görüşdə ispanlar üçün çətin olacaq. Növbəti mövsüm “Real” daha da yaxşılaşacaq. Amma indi komandaların tərkibini müqayisə edərək deyərdim ki, “Real” “Mançester Siti” qədər güclü deyil”.
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə “Real” arasında cavab matçı keçiriləcək. Komandalar arasında ilk görüş heç-heçə başa çatıb – 3:3.
Bizi Facebook-da izləyin