
Qvardiola: “Real” bu mövsüm daha mükəmməldir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”da onu xüsusilə heyran edən şeyləri açıqlayıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Real”ın bu mövsüm daha mükəmməl olduğunu bildirib:
“Real”ın əsas gücü oyunçularının dinamkiliyi və bacarığıdır. Əvvəllər “Real” daha çox keçid komandası idisə, indi mövqe hücumlarında şanslar yaratmağa qadirdir. Düşünürəm ki, onlar bu mövsüm yaxşılaşdılar və daha mükəmməl oldular”.
“Şəhərlilər” Çempionlar Liqasının pley-off mərhələsində “Real”a iki oyunun cəmində 3:6 hesabı ilə uduzaraq, mübarizədən kənar qalıb.
Karlo Ançelottinin komandası 1/8 finalda “Atletiko” və ya “Bayer”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin