ÇL: Qvardiola De Bruyneni əvəzləməsinin səbəbini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “İnter”lə UEFA Çempionlar Liqası matçının fasiləsində belçikalı yarımmüdafiəçi Kevin De Bruyneni əvəzləməsinin səbəbini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçunun zədələndiyini bildirib:

“Kevin zədələndi. Sentyabrın 19-u, axşam onun vəziyyəti ilə bağlı dəqiq məlumatım olacaq. O, “Arsenal”a qarşı oynayacaq? Gəlin, görək sabah nə olacaq”.

“Mançester Siti” – “İnter” matçı 0:0 hesablı bərabərliklə başa çatıb. Qvardiolanın yetirmələri növbəti avrokubok matçında səfərdə “Slovan”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button