ÇL: Qrup mərhələsinin son iştirakçıları məlum oldu
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları məlum olub.
Komanda.az xəbər verir ki, 3-cü mərhələdə “Qarabağ”ı üstələyən Polşa “Rakuv”u qrup ərəfəsində son sınağına çıxıb. Polşa komandası Danimarkada “Kopenhagen”in qonağı olub. İlk oyunda uduzan “Rakuv” səfərdə heç-heçəyə nail olsa da, bu, mərhələ adlamağa kifayət etməyib.
PSV-nin “Reyncers”lə ilk görüşündə qalib müəyyənləşmədiyindən, cavab matçı maraqla gözlənilirdi. Evdə böyük hesabla qalib gələn PSV qrupa vəsiqə qazanıb. “Antverpen” də AEK səddini keçməyi bacarıb.
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları
30 avqust
AEK (Yunanıstan) – Antverpen (Belçika) 1:2
İlk oyun – 0:1
Kopenhagen (Danimarka) – Rakuv (Polşa) 1:1
İlk oyun – 1:0
PSV (Niderland) – Reyncers (Şotlandiya) 5:1
İlk oyun – 2:2
Bizi Facebook-da izləyin