ÇL: Qnabri “Arsenal”la matçda iştirak etməyəcək

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının futbolçuları Manuel Noyer və Leroy Sanenin “Arsenal” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında iştirak edə biləcəyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, hücumçu Serj Qnabrinin bu matçda oynaya bilməyəcəyini söyləyib:

“Manuel Noyer və Leroy Sane oynaya bilər. Serj Qnabriyə gəlincə, biz bir az daha gözləməli olacağıq”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern” – “Arsenal” cavab matçı bu gün Almaniyanın Münhen şəhərində keçiriləcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button