ÇL: “Luis Enrike indi dünyanın ən yaxşı məşqçilərindən biridir”

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Aston Villa” bu gün səfərdə PSJ ilə qarşılaşacaq.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ilk oyun öncəsi Birmingem klubunun baş məşqçisi Unay Emeri rəqib çalışdırıcı Luis Enrike haqda danışıb:

“Luis Enrike indi dünyanın ən yaxşı məşqçilərindən biridir. O, bunu həm “Barselona”da, həm də işlədiyi digər klublarda sübut edib. Mən ona qarşı oynamışam, bu matçlarda taktiki müdafiə olunmaq və öz üslubunu tətbiq etmək çox çətindir. O, öz işində çox tələbkardır. Qarşıdurmamızdan həzz alacam. Ümid edirəm ki, bu, gözəl matç olacaq”.

PSJ – “Aston Villa” matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button