“Keçmiş klubuma qarşı oynamaq xüsusi hissdir” – Ukraynalı futbolçu

Aleksander Zinçenko “Arsenal”ın yarımmüdafiə xəttində oynaması ilə bağlı fikirlərini bölüşüb.

Ukraynalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSV ilə cavab matçında (2:2, ilk oyun – 7:1) hesabı açıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı oyunçu qarşıdakı matçı səbirsizliklə gözlədiklərini bildirib:

“Ən vacib olan növbəti mərhələyə yüksəlməkdir. İndi qarşıdakı matçı səbirsizliklə gözləyirik. Keçmiş klubuma qarşı oynamaq xüsusi hissdir. PSV-ni sevirəm, mənə hər zaman isti münasibət göstəriblər.

Deməzdim ki, yarımmüdafiədə oynamaq mənim üçün yenidir. Mən tez-tez bu mövqedə çıxış etmişəm, xüsusən də, Ukrayna millisində. Martin Odeqard və Deklan Raysa dedim ki, indi onların nə qədər qaçdıqlarını başa düşürəm. Bu səviyyənin tələbləri bunlardır.

Bu turnirdə istənilən komanda sizi cəzalandıra bilər. Ancaq dünya səviyyəli rəqiblər qalır. Mən yalnız növbəti oyunu səbirsizliklə gözləyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button