
ÇL: “Mançester Siti”nin “Real”dan güclü olduğu tərəflər var”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi “Real”ın zəif tərəfləri ilə bağlı sualı cavablandırıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi mükəmməl komandaların olmadığını bildirib:
“Real”ın zəif tərəfi nədir?” Mükəmməl komandalar yoxdur. Rəqibinizin zəif nöqtəsini tapmaq üçün həmişə yollar var. “Mançester Siti”nin “Real”dan güclü olduğu tərəflər var və ya, əksinə. Qarşıdakı görüşdə güclü tərəflərimizdən istifadə etməyə çalışacağıq”.
“Mançester Siti” ilk oyunda öz meydanında 2:3 hesablı məğlubiyyətlə üzləşib. Cavab matçı bu gün “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin