
ÇL: “Qarabağ”ın səfər matçının biletləri satışa çıxarılıb
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.
İyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin