
ÇL: “Qarabağ”ın rəqibinin futbolçusu zədələnib
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Macarıstanın “Fererntsvaroş” klubunun futbolçusu Habib Mayqa zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ribbi Kin Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qalib gəldikləri (3:0) 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra bildirib.
O, 29 yaşlı yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olduğunu hələlik bilmədiyini deyib.
“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin