ÇL: “Qarabağ”ın rəqibinin heyətində dəyişiklik edilib

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Atletik”in turnir üçün heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Benat Prados heyətdən kənarlaşdırılıb. Buna səbəb 24 yaşlı futbolçunun uzunmüddətli zədə almasıdır.

Bilbao təmsilçisi Pradosun əvəzinə “Əl-Nəsr”dən transfer edilən müdafiəçi Emerik Laportun adını iştirak ərizəsinə daxil edib.

“Qarabağ”ın “Atletik”lə oyunu 22 oktyabrda İspaniyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button