
“Qarabağ”ın rəqibi Şimali Makedoniya çempionatına qələbə ilə başladı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Şkendiya” Şimali Makedoniya çempionatında 2025/26 mövsümünə böyükhesablı qələbə ilə start verib.
Komanda.az xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda öz meydanında “Şkupi”yə 5:1 hesabı ilə qalib gəlib.
“Şkendiya” qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”a qarşı ilk matçda 0:1 hesabı ilə uduzub. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin