ÇL: “Qarabağ”ın potensial rəqibi ilə oyunlarının vaxtı məlum oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi ilə oyunlarının vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets”i mübarizədən kənarlaşdırsa, üz-üzə gələcəyi “Dinamo” (Zaqreb, Xorvatiya) ilə ilk matçını avqustun 20-si səfərdə keçirəcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Cavab görüşü isə 8 gün sonra – avqustun 28-i Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button