
ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bilindi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3-cü təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin