
ÇL: “Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünün biletləri satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, azarkeşlər Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşmanın biletlərini bu gün saat 15:00-dan “iTicket.az”-da əldə edə bilərlər.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.
Azərbaycan çempionu ilk turda Portuqaliyada “Benfika”ya qalib gəlib (3:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


