ÇL: “Qarabağ”ın oyunu ikinci oldu
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.
Komanda.az xəbər verir ki, 15 matçı ümumilikdə 106 358 tamaşaçı izləyib.
Ən çox azarkeş “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta) qarşılaşmasında qeydə alınıb. İsrail klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 28 613 azarkeş olub.
“Qarabağ”ın Bakıda Cəbəllütariqin “Linkoln” klubuna 4:0 hesabı ilə qalib gəldiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 19 453 nəfər olub.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
Bizi Facebook-da izləyin