ÇL: “Qarabağ”ın növbəti rəqibi bəlli oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Komanda.az xəbər verir ki, “köhlən atlar” bu raunnda Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.
Evdə Slovakiyanın “Slovan” (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan ölkə çempionu səfərdə üç top fərqi ilə qalib gəlib – 4:1
3-cü təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9-10 avqustda olacaq. Püşkə əsasən, “Qarabağ” növbəti mərhələdə də ilk görüşünü öz meydanında, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.
Xatırladaq ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə bu rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin