
ÇL: “Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı müəyyənləşib
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi üzrə “Qarabağ” və “Linkoln” arasında keçiriləcək oyunların vaxtı bəlli olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 11-də Cəbəllütariqdə, “Viktoriya” stadionunda keçiriləcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Cavab qarşılaşması isə 19 iyul, saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin