ÇL: “Qarabağ”ın “Linkoln”la oyunlar üçün iştirak ərizəsi açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabian Buntiç, Sadiq Məmmədzadə;

Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina;

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə.

“Linkoln” – “Qarabağ” oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button