ÇL: “Qarabağ”ın iştirak ərizəsi açıqlandı, yeni transfer kənarda qaldı – SİYAHI

“Qarabağ” Çempionlar Liqası oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın transfer pəncərəsinin son günündə yeni hücumçu ilə güclənəcəyi gözlənilsə də, belə olmayıb.

“Qarabağ” yayda heyətinə qatdığı Joni Montieli də iştirak ərizəsinə daxil etməyib. Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur.

Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.

“Qarabağ” Çempionlar Liqasında “Liverpul”, “Çelsi”, “Napoli”, “Ayaks”, “Benfika”, “Ayntraxt”, “Atletik” və “Kopenhagen”lə qarşılaşacaq.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç; 

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə;

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə;

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button