
ÇL: “Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib
“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Ağdam komandası rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Daha öncə komandanın Bakı Olimpiya Stadionunda oynaması gözlənilsə də, bu, baş tutmayıb.
“Qarabağ” liqa mərhələsində 8 oyun keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


