ÇL: “Qarabağ”ın cavab oyunu ispanlara tapşırıldı
“Ferentsvaroş”la “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Budapeştdəkı oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Karlos del Serroya Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.
Avqustun 9-da oynanılacaq matç saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin