
ÇL: “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibləri məlum olub.
Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütünün qalibi 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin